!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqrar Universitetdə rektor-dekan ittifaqının gizlinləri

!Reklam – Yazi

Elmar+Valiyev+İsmet+Abbasov+İbrahim+Cafarov+2Son günlər redaksiyamızın elektron poçtuna Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı gələn şikayətlərin sayı-hesabı yoxdur. Şikayət müəllifləri ciddi cəhdlə iddia edirlər ki, Aqrar Universitetin Aqrotexnologiya fakultəsinin dekanı Elman Mövsümov rektor İbrahim Cəfərovla birləşərək, adı çəkilən təhsil ocağında rüşvətxorluğu “çiçəkləndiriblər”.

 O da iddia olunur ki, Aqrotexnologiya fakultəsinin dekanı tələbələrə rüşvətlə qiymət yazdırmaqdan başqa həmdə təhsil ocağına ikinci imtahan adı ilə daxil olan tələbələrin qəbulu maxinasiyasını da həyata keçirir.

Məktub müəlliflərinin sözlərinə görə, bu “fəaliyyət”in nəticəsində rektor İbrahim Cəfərovla dekan Elman Mövsümov Gəncə və Bakı şəhərlərində çoxsaylı obyektləri, mülklərə sahib olublar. Mənbəmiz qeyd edir ki, Elman Mövsümov adı çəkilən təhsil ocağına keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun göstərişi ilə təyinat alıb. Dekan təyinatı aldıqdan sonra isə rektor İbrahim Cəfərovla isti münasibətlər yaradıb.

O da qeyd olunur ki, bir vaxtlar Aqrar Universitetinin kafedra müdiri işləyən Elman Mövsümov 1999-2003 cü illərdə təhsil ocağından aralanaraq bir müddət siyasi fəaliyyətlə məşğul olub.

Belə ki, dekan keçmiş spiker hazırda Amerikada yaşayan Rəsul Quliyevin başçılıq etdiyi partiyanın Gəncə təşkilatının rəhbərlərindən biri olub və 2003-cü il prezident seçkilərindən sonra Rəsul Quliyevin partiyasından gedərək bir müddət müəllimlik etmiş, sonrə isə İsmət Abbasovun köməkliyi ilə Aqrar Universitetin Aqrotexnologiya fakultəsinin dekanı təyin olunmuşdur. İnformasiya mənbəmiz bildirir ki, İbrahim Cəfərovun bu dekan ilə münasibətləri İsmət Abbasova görə yaranıb və “ittifaq” öz nəticəsini verib. Məhz İsmət Abbasovun Kənd Təsərrüfatı naziri işlədyi dövrlərdə İbrahim Cəfərovla Elman Mövsümovun həyata keçirdikləri maxinasiyalara, tələbə qəbullarına və sair işlərinə görə “gözün üstündə qaşın var” deyən olmayıb. Rektorla dekan əldə etdikləri sərvətləri məhz İsmət Abbasovun dövründə toplayıblar.

İndi isə yeni nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan strukturların rəhbərlərini vəzifələrindən uzaqlaşdırmaq istəyindədir. Bu səbəbdən də, rektorla dekan baş nazirin müavini İsmət Abbasovdan dəstək istəyiblər. Belə ki, vəzifədən uzaqlaşdırılacaqları təqdirdə belə, yoxlamalardan “təmiz” çıxmağın yollarını arayırlar.

Məsələyə münasibət bildirməsi üçün rektor İbrahim Cəfərov və dekan Elman Mövsümovla əlaqə saxlamaq istəsək də, cəhdimiz baş tutmadı. Buna səbəb isə universitetin rəsmi saytında yerləşdirilən nömrələrə cavab verən bir Allah bəndəsinin olmaması oldu:

Tel: (+99422) 56 57 33;

Tel. (+994 22) 256 96 68

(azerinfo.org)

COP29

www.yenicag.az

959
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv