Aralıq dənizdə nadir dəbilqə aşkarlandı

media-hightechnic-468x90

Arxeoloqlar Aralıq dənizinin dibində eramızdan əvvəl 241-ci ildə baş vermiş qədim dəniz döyüşünə aid nadir Roma dəbilqəsi aşkarlayıblar.

Yenicag.az xəbər verir ki, “Montefortino” tipli bu dəbilqə, demək olar ki, tam vəziyyətdədir və yaxşı qorunmuş yanaq sipərləri ilə seçilir.

Alimlər onun Roma ilə Kartaca arasında müharibəsi zamanı Ayeqates döyüşündə itirildiyini ehtimal edirlər.

Tarixi mənbələr həmin döyüşdə kartacalılara qarşı romalıların zəfər qazandığını, bunun da Siciliyanın təsliminə və uzun sürən müharibənin bitməsinə gətirib çıxardığını göstərir.

Tapıntı həm qədim döyüşün tarixi haqqında yeni bilgilər təqdim edir, həm də bölgənin unikal mədəni irs daşıyıcısı olduğunu sübut edir. Dalğıclar həmçinin eyni ərazidə V əsrə aid böyük bürünc qulpun və çoxlu silah qalıqlarının da üzə çıxdığını bildiriblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa