Aralıq dənizindəki yeni ENERJİ SİYASƏTİ – Dəməşq-Bakı xətti NECƏ QURULACAQ?

media-hightechnic-468x90

“Türkiyənin tövsiyəsi ilə Suriya Azərbaycanla əməkdaşlıq etmək fikrindədir”.

Bu fikri Suriya ilə Azərbaycan arasında baş tutan danışıqlar və bunun perspektivini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

media-qabil-huseynli-2_-8
Qabil Hüseynli

O, bildirib ki, Azərbaycan Suriya ilə müsbət əlaqələrdən böyük dividentlər götürəcək:

“Suriya neftinin və faydalı qazıntılarının həm Avropa, həm dünya bazarlarına çıxarılmasında ən mühüm yeri Türkiyə və Azərbaycan tutacaq. Azərbaycanın təkcə neftin çıxarılması yox, onun istismarı, boru nəqliyyat vasitəsi ilə onun müxtəlif məsafələrə çatdırılması sahəsində də çox böyük təcrübəsi var. Azərbaycan dünya neftinin lazımı bazarlara çıxarılmasında çox mühüm yeri tutur”.

Q. Hüseynliyə görə, dənizdə neftin istismarını Türkiyə bacara bilməz:

“Bölgədə bunu bacaracaq əsas ölkə Azərbaycandır. Aralıq dənizində çox böyük perspektivli neft yataqlarının olduğu deyilib. Bu məsələdə Türkiyənin tövsiyəsi ilə Suriya Azərbaycanla əməkdaşlıq etmək fikrindədir. Suriyanın lazımı qədər kredit pozitivləri yoxdur. Azərbaycan qarant durmasa, Suriya Dünya Bankından kreditlər götürə bilməz. Dənizin dibindən neftin çıxarılması məsələsi ilə bağlı texniki məsələləri isə BP həll edəcək. Bu həm BP, həm Azərbaycan, həm də Suriya üçün çox böyük perspektivlər vəd edir. Hesab edirəm ki, əməkdaşlıq sazişi gündəmə gəlməkdədir”.

Səxavət Məmməd

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600