Aran Atabəyliyinə giriş
Səlahəddin Əyyubi, Yavuz Səlim və Dəli Pyotr yeni bir düzən axtarışındadırlar.
Onlar tarix müstəvisində bir arada olmağ şansını yalnız indi qazandılar.
Əyyubi Qüdsün fatehi oldu.
Yavuz Caldıranın.
Pyotr isə Dərbəndin.
Bərzani. Ərdoğan və Putin.
Əyyubi, Yavuz və Pyotr.
Bərzani kürd xalqının yaddaşında ikinci Əyyubi olaraq qalmaq,
Ərdoğan Osmanlını xilas edən ikinci Yavuz kimi tarix yazmaq,
Putin Pyotrun bitirə bilmədiyini tamamlamaq
arzusundadırlar.
Bu istəkləri bir arada görmək şansını qazananlar artıq yeni düzəndə söz sahibləridirlər.
Kırım Yavuzun dədə mirasıdır.
Altun Orda mirasına sahiblənən Rusun da göz bəbəyidir.
Bir başlı qartalı iki başlı qartala çevirən Səlcuq mirasında isə dədə mirası ilə göz bəbəyi bir qorunmalıdır.
İranı Çin edəcəklər.
Qazaxıstan Türk mirası ilə Çinə qarşı duracaq.
Əyyubi-Yavuz-Pyotr projesində Xəzərlərləşmədən sonra Səlcuqlu həm də Bizansın müttəfiqi olacaq.
Alp Arslanla Diogen savaşı tam bir təsadüf idi.
Alp Bağdada tabe olmayan Misir Fatimilərini məhv etməkdən ötrü yola çıxmışdı.
Son əsrlərin səlib savaşları bitmək üzrədir.
Səlib savaşlarını başlayanlar dünən də uduzdular, bu gün də.
Dünya yeni düzənə doğru gedir.
Tarix baş verənləri təkrarlamaqdan ötrü deyil, tarixdən dərs almaqdan ötrü öyrənilər.
Yeni dərs Səlcuqlu zamanı ilə başlayacaq.
Bu başlanmada biz kimik?
Aran Atabəylərini heç tanımadlq ki,,,,,,,,