!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ararat Mirzoyanın sülhlə bağlı BƏYANATI: “Artıq çeynənmiş ifadələrdir”

!Reklam – Yazi

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və digərlərinin sülhlə bağlı söylədiyi fikirlər artıq çeynənmiş ifadələrdir ki, biz bunu son 1 ildə görməkdəyik2.

Bu sözləri Yenicag.az açıqlamasında politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, erməni rəsmi Azərbaycan və Ermənistanın sülh müqaviləsinin yekun razılaşdırılmış mətninə çox yaxın olduqlarını bəyan edib.

O. Qasımovun fikrincə isə keçən ilin noyabrından başlayaraq, rəsmi İrəvan “2 həftə, 15 gün, 1 ay, yaxın günlər” ifadələri ilə prosesdə zaman qazanmağa çalışır:

“Eyni zamanda da İrəvan paralel şəkildə silahlanmanı davam etdirir. Əgər Ermənistan doğrudan da konstruktiv şəkildə Azərbaycanla sülh müqaviləsini imzalamaqda maraqlı olsaydı, ən azından, hansısa bir səviyyədə COP29-da iştirak edərdi. Baxmayaraq ki, Ermənistan nümayəndələri qeydiyyatdan keçsələr də, tədbirə qatılmadılar. Bu isə bir daha İrəvanın əsl sifəti və niyyətini göstərdi”.

Analitikin qənaətinə görə, digər tərəfdən, bir daha təsdiq olundu ki, Ermənistan müstəqil dövlət deyil və onun xarici dövlət siyasəti Vaşinqton, Brüssel və Parisdən idarə olunur:

“COP29 ərəfəsində – Ermənistanın Baş naziri Nikol Paşinyanın Budapeşt səfəri çərçivəsində Fransa prezidenti Emmanel Makronla görüşdən sonra İrəvanın COP29-da iştirak etməməsi də hansısa niyyətlərin olduğunu bir daha göstərməkdədir. Nəzərə almalıyıq ki, artıq Hindistandan Ermənistana “Akasah” reaktiv artilleriya sistemlərinin ilk partiyası da gəlib”.

“O ki qaldı konstruktiv şəkildə prosesin davam etməsinə, əgər biz Paşinyanın dünənki çıxışına baxsaq, görərik ki, o, eyni manipulyasiyalar və yalanları davam etdirir. Belə ki, erməni nazir dünən deyirdi ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı iddiaların olduğu hər hansı bir maddə yoxdur. Bu isə Paşinyanın 20 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu maddəsini inkar etməsi ilə oxşarlıq təşkil edir. Biz demirik ki, Ermənistan konstitusiyasının filan maddəsində Azərbaycana ərazi iddiaları yer almaqdadır, əksinə, Ermənistan konstitusiyasının preambulasında bu, açıq şəkildə yazılıb. Yəni Ermənistanın İstiqlaliyyət Bəyannaməsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi müddəası mövcuddur”, – deyə o, əlavə edib.

“Odur ki, İrəvandan verilən açıqlamalar artıq ciddiyyətini itirib və burada doğruluq əmsalının hansı səviyyədə olduğu görünməkdədir. Sadəcə olaraq, Ermənistan özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, COP29-da iştirakdan imtina ilə bağlı verdiyi qərar onun bütün iç üzünü və mahiyyətini ortada qoydu. Baxmayaraq ki, COP29-un Azərbaycanda keçirilməsinə öz dəstəyini İrəvan keçən ilin 7 dekabr birgə bəyanatında ifadə etmişdi. Bu baxımdan, Ermənistanın bu davranışları və onun arxasında dayanan qüvvələrin – Fransa və ABŞ-ninn iyyətini bildiyimiz üçün ilin sonuna qədər hansısa saziş və yaxud çərçivə sənədinin imzalacanağını gözləmirəm”, – həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv