“Araz-Naxçıvan”ın qapıçısı millidə 4 qol buraxdı
DÇ-2026-nın seçmə mərhələsində İ qrupunda yer alan Moldova millisi öz meydanında İsraillə qarşılaşıb.
Yenicag.az xəbər verir ki, Moldova millisinə dəvət alan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram da bu görüşün iştirakçısı olub.
Meydana start heyətində çıxan 31 yaşlı qolkiper görüşü əvəzolunmadan keçirib.
Matç İsrail yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Avram 15, 35, 59 və 77-ci dəqiqələrdə qapısında qol görüb.