Ard-arda baş verən faciəvi hadisələrdə ƏNƏNƏVİ SUAL: Kimdir müqəssir?

media-hightechnic-468x90

Son günlər ölkə üzrə artan qəza, yanğın və digər hallar vətəndaşları təhlükəsizlikləri barədə düşünməyə sövq edir.

Faciələr ard-arda yaşandığı üçün insanlarda bitmək bilməyən narahatlıq yaranıb.

Qısa xatırlatma:

Noyabrın 22-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib, 25 nəfər zəhərlənib.

Noyabrın 23-də Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verib, 4 nəfər xəsarət alıb.

Noyabrın 24-də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza”da partlayış baş verib, 7 nəfər yaralanıb.

Hadisələr zəncirinə, şahidlərin ifadələrinə baxdıqda ortada çox ciddi məsuliyyətsizliklərin olduğu aşkardır. 3 nəfərin həyatına son qoyan yanğında sakinlərin uzun müddətdir, sözügedən binanın altındakı obyektdən şikayətçi oldquları üzə çıxıb. Onların bu şikayətlərini dinləyən olmadığı, tədbir görülmədiyi üçün yüzlərlə sakin öz evindən didərgin düşüb, 3 nəfər isə artıq həyatda yoxdur.

Goranboyda baş verən çökmə hadisəsi də qəribədir. Yaşayış binasının mərtəbələrinin döşəmə hissəsinin anidən çökməsi binanın yaşayışa yarasız olduğunu deməyə əsas verir. Ancaq 60 ailə məhz o binada yaşayıb.

“AFEN Plaza”nın sahibinin iddiaları isə daha diqqət çəkicidir. O bildirib ki, binada qaz xətti yoxdur, yol çəkilişi zamanı qaz borusu zədələnib və buna ciddi yanaşılmadığı üçün torpaqdan sızan qaz partlayışa səbəb olub.

Hər halda, hadisələrin detalları ortada bir məsuliyyətsizliyin olduğu iddialaırnı gücləndirir. “Hadisələrlə bağlı başladılan araşdırmanın nəticəsi ürəklərə su səpəcəkmi?” sualına gəlincə, cavablanması ən vacib sual budur: “Həqiqi səbəbkarlar cəzalandırılacaqlarmı?”

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa