ARDNF-in bu il üçün gəlir və xərcləri açıqlandı – Yenicag.Az

Reklam

Reklam

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 173,7 mln. manat, büdcə xərcləri isə 4 731,6 mln. manat təşkil edib.

Yenicag.az Fonda istinadən xəbər verir ki, 6 ay ərzində qurum neft və qaz sazişlərinin həyata keçirilməsindən 8 665,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 889,5 mln. manat, bonus ödənişlərindən 765,2 mln. manat, tranzitdən 10,5 mln. manat, akrhesabı ödənişlərdən isə 0,5 mln. manat gəlir əldə edib.

Hesabat dövründə Fondun vəsaitinin idarə olunmasından gəliri isə 508 mln. manat olub.

I yarımildə ARDNF 2018-ci ilin dövlət büdcəsinin icrası çərçivəsində 4 608 mln. manat vəsaiti büdcəyə transfert edib. Bundan başqa, Fonddan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2 mln. manat yönəldilib. 6 ay ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil edib.

Hesabat dövründə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri isə 838,5 mln. manat olub.

Bu ilin əvvəli ilə müqayisədə ARDNF-in aktivləri 6,22% artaraq iyulun 1-nə 38 036,1 mln. ABŞ dolları təşkil edib ki, bu da Fondun fəaliyyəti dövründə ən yüksək göstəricidir. Aktivlərin artımı qurumun büdcə gəlirləri, o cümlədən vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 593
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."