ARDNF valyuta satışını 2 dəfədən çox artırdı

media-hightechnic-468x90

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 milyard 745 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Yenicag.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Təkcə sentyabrda isə ARDNF-in valyuta satışının məbləği 732,3 milyon dollar təşkil edib. Bu isə ötən ilin sentyabr ayına nisbətən 4,45 dəfə çoxdur.

Bu il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməlidir. 9 ay ərzində bunun 9 milyard 586 milyon manatı təmin olunmalı idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 180 milyon manat çox – 9 milyard 767 milyon manat olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600