Argentina səfiri BMM-də çıxış etdi-Fotolar
Azərbaycan Gənc Diplomatlar Birliyi və Azərbaycan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitunun təşkilatçılığı ilə reallaşan “Auditoriyada Səfirdir” layihəsinin bu dəfəki qonağı Argentina Respublikasının ölkəmizə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rfiva idi. Tədbiri giriş sözü ilə açan baş katib Eltun İbrahimov bildirmişdir ki, “Biz gənc diplomatlar olaraq Azərbaycan-Argentina dostluq əlaqələrinin daha da yüksək səviyəyə çatmasında olduqca maraqlıyıq. Biz istərdik ki, Argentina gəncləri bizim ölkəni, bizim gənclər isə Argentina haqqında geniş bilgiyə sahib olsunlar.
Moderator qismində çıxış edən Siyasi Araşdırmalar institiunun rəhbəri, siyasi elmlər doktoru, professor Elman Nəsirov bu görüşün gənc diplomatlar üçün uğurlu görüş olacağına ümid etdiyini vurğuladı.İlk hissədə səfir diplomatiyanın sirləri və şəxsi təcrübəsindən danışaraq,gənc diplomatlarla praktiki biliklərin bölüşdü. Səfir Azərbaycanı Argentina üçün perspektiv olduğunu qeyd edərək, ölkəmizi “Mərkəzi Asiyaya açılan qapı “ adlandırdı. “Azərbaycan və Argentina arasında neft-qaz sahəsində də əməkdaşlıqlar mövcuddur. Argentinanın əsas istəyi Azərbaycan Kənd Təsərüfatı sahəsində əməkdaşlıq etməkdir və artıq bu əməkdaşlığın ilk addımları atılmış aidiyyatı qurumlar arasında danışıqlar aparılmışdır.”Politoloq Elman Nəsirov xüsusilə son dövrün ajiataj yaradan hadisəsi olan Roma Papasının qondarma “erməni soyqrımını” əsrin ilk soyqrımı kimi adlandırması, təhrifedici çıxışını, rəsmi Vatikanın qeyri-praqmatik mövqeyi həmçinin rəsmi Ankaranın arxivlərin açılması ilə bağlı bəyanatı barədə fikirlərini öyrənmək üçün tezislərini cənab Karlosun diqqətinə çatdırdı.
Argentinada vətəndaşlıq hüquqi qazanmış 100 000-dən çox erməni icmasının olduğunu qeyd edən səfir erməni soyqrımını Argentina parlamentinin tanımasını həmçinin papanın bu addımını bir reallıq kimi qəbul etdiklərini vurğuladı. Hətta 24 aprel tarixinin Argentinada qeyri-rəsmi iş günü olduğunu söyləyərək, bunu Argentina siyasi sisteminin multi-kultural dəyərlərə üstünlük verməsi ilə əlaqələndirdi. Auditoriyanın da marağında olan qondarma erməni soyqrımını Argentinanın tanıması, lakin Meksika və Kolumbiyanın Xocalı soyqrımını rəsmi tanımalarına baxmayaraq, Argentinanın niyə bu addımı atmaması barədə səfirə suallar ünvanladılar. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Argentinanın mövqeyinin hər iki tərəf üçün optimal olan sülhün qərarlaşması olduğunu söyləyən diplomat, məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını qeyd etmişdir. Həmçinin səfir iqtsadi sahədə kənd təsərrüfatında ölkələrimiz arasında təcrübə və imkanların mübadiləsi aspektində həyata keçirilməkdə olan bir neçə layihəni nəzərə çatdırdı.
Mədəni sahədə isə bir neçə ali məktəblərimizlə tələbə mübadiləsi, konsert proqramlarının və mədəniyyət günlərinin keçirilməsindən danışdı. Diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri də səfirin Azərbaycanda turizmin inkişafının intensivləşməsi üçün perspektivdə olan təkliflər haqqında da danışması oldu. Tədbirin ikinci hissəsi də gənc diplomatlarla cənab səfir arasında müzakirələrlə başa çatdı. Sonda isə Elman Nəsirov keçirilən tədbir haqqında yekun olaraq qeyd etdiki, ölkələrimizarası bu münasibətlərdə inteqrasiya prosesi yeni mərhələyə qədəm qoyacaq və sözsüz ki, bu mərhələ gənclərarası səviyyədə də inkişaf edəcək.