!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Arif Babayevdən ölüm xəbərinə REAKSİYA: “Nə qədər lazımdır, çörək alım verim, amma…”

!Reklam – Yazi

“Kimsə mənim adımla çörək qazanmaq istəyir, lazım deyil. Evimin arxasında qəşəng çörək sexi var, gəlsinlər nə qədər istəyirlər, alım verim, aparsınlar. Amma mənim adımla belə çörək qazanmasınlar”.

Bunu dünən onun haqqında yayılan ölüm xəbərindən danışarkən Xalq artisti, ustad xanəndə Arif Babayev Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti səhhətinin normal olduğunu, hətta dava-dərmana belə ehtiyacı olmadığını bildirib:

“Şükür Allaha, səhhətim də yaxşıdır. Müalicəyə də ehtiyacım yoxdur. Səsim də yerindədir, sadəcə olaraq efirlərə çıxmıram, tədbirlərə getmirəm. İstəyirəm ki, həmişə xalqın hörmətini necə qazanmışamsa, elə Arif Babayev kimi qalım. Heç vaxt özümü hörmətdən salmamışam, ömrü boyu da belə yaşamışam, belə də davam edəcək. Bu yayılan xəbər mənə pis təsir etdi, nəyə lazımdı axı belə yalan-palan xəbərlər?”

Qeyd edək ki, Arif Babayevin ölüm xəbərinin Tolik tərəfindən yayıldığı bildirilsə də, o, bunu təkzib edərək, bu xəbərin ilk sosial şəbəkələrdə yayımlandığını deyib.

Cəvahir

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv