Arif Hacılı AXCP ilə əməkdaşlığdan danışdı

media-hightechnic-468x90

jh“Müsavat Partiyasının demokratiya uğrunda mübarizə aparan heç bir partiya ilə problemləri yoxdur. Əməkdaşlıq və müttəfiqlik elə məsələlərdir ki, bu yöndə “heç vaxt” anlayışını işlədə bilmərik”.

Bunu açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı təmsil etdiyi partiyanın AXCP ilə əməkdaşlıq perspektivini şərh edərkən deyib.

O bildirib ki, Müsavat Partiyası demokratiya uğrunda mübarizə aparan hər bir siyasi təşkilatla müttəfiqliyə hazırdırlar. “AXCP ilə əməkdaşlıq məsələləri də istisna deyil. Funksional əməkdaşlıq baxımından bizim heç bir demokratik qurumla problemlərimiz olmayıb”,-deyə A. Hacılı bildirib.

Qeyd edək ki, Milli Şura 2013-cü ilə prezident seçkisində məğlub olduqdan sonra Müsavat Partiyası qurumu tərk edib. Bundan sonra isə AXCP Müsavat haqqında ittihamlar səsləndirməyə başladı və partiya funksionerləri söz davasına çıxıblar.

Lakin bir müddət keçdikdən sonra tərəflər arasında gərginliyə son qoyulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600