!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arıların nəslinin kəsilmə TƏHLÜKƏSİ: Ekosistem və qida təhlükəsizliyi üçün CİDDİ RİSKLƏR

!Reklam – Yazi

“Arıların nəsli kəsilmə təhlükəsi ilə üzləşməsi qlobal ekosistem və qida təhlükəsizliyi üçün ciddi təhlükə yaradır”.

Yenicag.az xəbər verir ki, bu barədə COP29 və Media təlimində çıxış edən təlimçi Emin Hüseynzadə deyib.

Arıların yox olmasının dünya üzrə kənd təsərrüfatına ciddi təsir göstərəcəyini vurğulayan təlimçinin sözlərinə görə, əgər bu hal baş verərsə, qida məhsullarının təxminən 75%-i tozlanmadan məhrum olacaq.

Qeyd edək ki, arıların azalmasına səbəb olan əsas amillər arasında pestisid istifadəsi, iqlim dəyişikliyi, yaşayış sahələrinin azalması və müxtəlif xəstəliklər var. Xüsusilə neonikotinoid tərkibli pestisidlər arılara böyük zərər vurur, iqlim dəyişikliyi isə havanın istiləşməsi və mövsümlərin dəyişməsi ilə onların yaşayış mühitinə mənfi təsir göstərir.

Ekoloqların fikrincə, bu təhlükəni azaltmaq üçün ekoloji kənd təsərrüfatı metodlarına keçid, pestisidlərin istifadəsinin məhdudlaşdırılması, arı dostu yaşıl sahələrin genişləndirilməsi və ictimai maarifləndirmə tədbirləri görülməlidir.

Bundan başqa, arıların nəsli kəsilmə riski yalnız kənd təsərrüfatını deyil, həm də ekosistemdəki bioloji müxtəlifliyi təhlükə altında qoyur. Buna görə də, mütəxəssislər arıların qorunmasının qlobal səviyyədə prioritet olduğunu bildirir və təcili tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayırlar.

Məsimə Məmmədova

COP29

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv