"Arıqladan çaylar" yoxsa "zəhərli tələ"?: "Piy qalmır, sadəcə su itirirsiniz" - VİDEO

media-hightechnic-468x90

 

media-banner_tkm

Son dövrlər sosial şəbəkələrdə və müxtəlif platformalarda “arıqladan çay” və “arıqladan qəhvə” adı ilə satılan məhsullara maraq kəskin artıb. Qısa müddətdə çəki azalması vəd edən bu vasitələr bir çox insan tərəfindən həkim məsləhəti olmadan istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cür məhsulların təsiri düşündüyümüz kimi olmaya bilər və ciddi fəsadlara yol aça bilər.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında əczaçı Qalib Məmmədov bildirib ki, bu məhsulların arıqladıcı effekti real deyil və əsasən müvəqqəti xarakter daşıyır:

“Bu çaylar ilk növbədə müəyyən təsirlər göstərə bilsə də, bunlar müvəqqəti olur. Arıqlatma təsirindən çox, ziyanlı tərəfləri daha çoxdur. Onların qəbulu məqsədəuyğun deyildir və daha ciddi problemlərin yaranmasına yol açır. Yəni özbaşına bu qəhvələri və çayları qəbul etmək olmaz. Əsasən, bu məhsulları qəbul etdikdə orqanizmdən suyun çıxması baş verir, yəni dehidratasiya yaranır. Qarın boşluğunda müəyyən boşalmalar baş verir və bunun nəticəsində biz elə bilirik ki, çəki atmışıq. Ancaq bu, arıqlamaq deyildir piy toxumaları olduğu kimi yerində qalır”.

Əczaçının sözlərinə görə, bu məhsulların əsas və əlavə təsirləri orqanizm üçün zərərli nəticələr doğura bilər:

“Bunun həm əsas, həm də əlavə təsirləri bizə ziyan vurur. Bu təsirlərdən biri qalxanvari vəziyə olan mənfi təsiridir ki, qanda kortizolun səviyyəsini yüksəldir. Şəkərli diabetdən, qalxanvari vəzin müxtəlif xəstəliklərindən əziyyət çəkənlərə və tiroid xəstələrinə olduqca ziyanlı təsir göstərir, orqanizmə əlavə yük verir. Sonra mədə-bağırsaq sisteminə ziyanları var. Bağırsaqlarda xroniki qəbizliyin əmələ gəlməsinə, bağırsaq florasının pozulmasına, ümumiyyətlə bağırsağın atoniyasına gətirib çıxaran ciddi funksional pozğunluqlar yaradır. Çünki bunun tərkibində işlədici maddələr, əsasən də senna bitkisi olur”.

Qalib Məmmədov əlavə edib ki, ürək-damar sistemi üçün də bu cür məhsullar təhlükəlidir:

“Bir çoxunun tərkibində kofein və sinefrin olur. Bunlar ürək döyüntüsünü artırır. Ürək döyüntüsü artdıqda müəyyən müddətdən sonra ürək-damar xəstəlikləri, aritmiya problemləri üzə çıxa bilər. Bu isə arzuolunmaz haldır.

Əczaçı vurğulayıb ki, bu cür məhsullardan uzunmüddətli istifadə məqsədəuyğun deyil:

“Belə nəticə çıxır ki, bu çaylardan uzun müddət istifadə etmək arzuolunmazdır. Ona görə də bu çay və qəhvələrdən istifadə etmək əvəzinə, mütəxəssisə müraciət etmək daha doğru və məqsədəuyğun olar”.

Ətraflı videomaterialda:

Samir Məcidov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05