Artan kiberdələduzluq halları: Mütəxəssis vacib nüansları açıqladı

media-hightechnic-468x90

Son günlər kiberdələduzluq hallarında ciddi artım müşahidə olunur.

İT üzrə ekspert Elvin Abbasov Yenicag.az-a açıqlamasında bildirib ki, bu artımın əsas səbəbi təkcə texniki üsullar deyil, daha çox insan faktorundan qaynaqlanan boşluqlardır.media-elvin

Onun sözlərinə görə, dələduzlar istifadəçilərin diqqətsizliyindən, tələskənliyindən və rəqəmsal savadlılıq səviyyəsinin yetərli olmamasından istifadə edirlər. Xüsusilə son günlər geniş yayılan saxta linklər, endirim və cərimə bildirişi adı ilə göndərilən mesajlar sosial mühəndislik üsullarının ən aktiv forması kimi diqqət çəkir.

Ekspert qeyd edib ki, tək bir klik nəticəsində şəxsi məlumatların, bank kartı detallarının və hətta cihazın tam idarəetməsinin ələ keçirilməsi mümkündür:

“Vətəndaşlar tanımadıqları mənbədən gələn linklərə daxil olmamalı,rəsmi qurum və şirkətlərin SMS və mesajla ödəniş tələb etmədiyini bilməli, şübhəli halları mütləq rəsmi kanallar vasitəsilə yoxlamalıdırlar”, – deyə ekspert qeyd edib.

E. Abbasov son olaraq əlavə edib ki, cihazlarda təhlükəsizlik yeniləmələrinin aktiv saxlanması, ikiaddımlı doğrulama, güclü parol istifadəsi və tətbiqlərin yalnız rəsmi mağazalardan yüklənməsi artıq seçim deyil, vacib təhlükəsizlik tələbləridir.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa