Artur Rasi-zadə niyə Elçin Əfəndiyevin vida mərasiminə getmədi? – Özü AÇIQLADI

media-hightechnic-468x90

Xalq yazıçısı, ictimai-siyasi xadim, uzun illər Baş nazirin müavini vəzifəsində çalışan Elçin Əfəndiyev avqustun 3-də vəfat edib. Onunla vida mərasimində yazıçının ailə üzvləri, dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak ediblər. Lakin Elçin Əfəndiyevlə uzun illər birgə çalışmış sabiq Baş nazir Artur Rasi-zadənin vida mərasimində iştirak etməməsi ictimaiyyətin diqqətini çəkib. 

Manset.az məsələ ilə bağlı sabiq Baş nazirlə əlaqə saxlayıb. Artur Rasi-zadə bildirib ki, səhhətindəki problemlərlə əlaqədar mərasimə qatıla bilməyib:

“Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir. Mən onun həyat yoldaşıyla danışdım, baş sağlığı verdim. Səhhətimlə bağlı getməmişəm. Mənim Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızıyla nəvəm rəfiqədi. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. Jurnalistlərin bir insafı, vicdanı olsun da. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki? Mənim yeganə qızım da, nəvəm də o mərasimdə iştirak edib. Mərasimə əkil də göndərmişəm”.

Qeyd edək ki, Elçin Əfəndiyev 1995-ci ildən 2018-ci ilə qədər Azərbaycanın Baş nazirinin müavini vəzifəsində çalışıb. Bu dövrdə ölkənin sabiq Baş naziri Artur Rasi-zadə ilə birgə işləyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa