Artur Rasizadə şahmat turnirində

media-hightechnic-468x90

14132228254668842316_600x400Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin birinci mərhələsinin onuncu turu başa çatıb.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu turda oynanılan partiyalara baxıb.

Azərbaycanın Baş nazirinin birinci müavini, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov da Qran-pri yarışının onuncu turunda şahmatçılarımızın çıxışları ilə maraqlanıblar.

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən yarışın bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ idmançısı Hikaru Nakamura ilə heç-heçə oynayıb. Digər şahmatçımız Teymur Rəcəbov isə İsrail təmsilçisi Boris Gelfanda məğlub olub.

On turdan sonra İtaliya şahmatçısı Fabiano Karuano və İsrail təmsilçisi Boris Gelfand hərəyə 6 xal toplayaraq 1-2-ci yerləri bölüşürlər. Sergey Karyakin, Petr Svidler, Yevgeniy Tomaşevski və Hikaru Nakamura 5,5, Teymur Rəcəbov və Aleksandr Qrişuk 5, Şəhriyar Məmmədyarov və Rüstəm Kasımcanov 4,5, Dmitriy Andreykin 4, Lenyer Domingez isə 3 xal toplayıblar. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600