Arvadını döyən kişinin qulağını kəsdilər

media-hightechnic-468x90

Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.

Yenicag.az ”Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.

Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa