Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını öldürmən Samir Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Yenicag.Az-ın “APA”-ya istinadən məlumatına görə, hakim Abid Abdinbəyovun sədrlik etdiyi ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası avqustun 31-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Əliyev 20 il müddətində azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində o, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. S. Əliyev cinayəti törətmədiyini deyir.
Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunda Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın meyiti tapılıb. Üç uşaq anası olan 34 yaşlı N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətli N. Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyevin törətdiyi müəyyənləşib.
S. Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub.
www.yenicag.az