!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AŞ PA nümayəndəsinin Araz Əlizadə ilə bağlı səhvi gülüşə səbəb oldu

!Reklam – Yazi

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak sosial şəbəkədə paylaşdığı statusla gülüş doğurub.

Yenicag.az xəbər verir ki, Şennak “Twitter”də paylaşdığı statusda bunları yazıb:

“Komandamız artıq Bakıdadır. Bizim ATƏT DTİHB və prezidentliyə namizədlərlə görüşümüz nəzərdə tutulur. Prezidentliyə 8 namizəd var, onlardan biri Sosial-Demokrat Partiyasını təmsil edən qadındır”.

Ancaq məlumdur ki, prezidentliyə qeydə alınmış 8 namizədin hamışı kişidir. Hər halda, beynəlxalq müşahidəçilərin bu adi faktı bilməməsi təəccüb doğurmaya bilməz.

Şennakın onu qadın hesab etməsini təmkinlə qarşılayan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, prezidentliyə namizəd Araz Əlizadə bu yanlışlığa görə tərcüməçilərin məsuliyyət daşıdığını deyib:


“Şennakın belə bir açıqlama verməsindən məlumatsızam. Ancaq o, belə deyibsə, bunun səbəbi var.

Bu, onunla bağlı ola bilər ki, prezidentliyə namizədlərin teledebatına özüm qatılsam da, radio debatlarında mənim adımdan vəkilim Günel Babayeva iştirak edirdi.

Digər tərəfdən, ATƏT DTİHB-in nümayəndələri bizim qərargaha gələndə mən Lənkəranda seçicilərlə görüşdə olmuşam. Onlar da səlahiyyətli nümayəndəm Sevda Əliyeva ilə görüşüblər.

Görünür, bu səbəbdən də sosial-demokratların namizədinin qadın olduğunu düşünüblər. Mən hesab edirəm ki, bu yanlışlıqda tərcümçilərin ciddi xətası var. Onlar prezidentliyə namizədlər haqqında məlumatları dəqiq təqdim etməlidirlər”.

A.Zeynalov

www.yenicag.az

2128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv