“ASAN Könüllüləri” aksiya keçirib – Fotolar
“ASAN Könüllüləri” Gənclər Təşkilatı 28 May Respublika Gününə həsr olunmuş maarifləndirici aksiya keçirib.
Təşkilatdan verilən məlumata görə, aksiya zamanı təşkilat tərəfindən vətəndaşlara üzərində Azərbaycan Demokratik Respublikasının yaranış tarixçəsi və günümüzə qədər keçilən mübarizə yolu ilə bağlı maarifləndirici bukletlərə və xüsusi Azərbaycan lenti paylanılıb.
Aksiya Bakı, Sumqayıt və Gəncə şəhərlərinin mərkəzi küçələrini əhatə edib.
Bu yürüşün məqsədi vətəndaşların bu əlamətdar günün əhəmiyyətinə diqqətini cəlb etmək olub. Tədbirə 100-dən çox könüllüdən əlavə olaraq, onlarla vətəndaşda qoşulub.