Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

ASGA sədri "Belarusda Azərbaycan gəncləri günləri"ndə iştirak edir - FOTO

Reklam: High Technic

29 oktyabr – 1 Noyabr 2019 tarixlərdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Belarusda Azərbaycan gəncləri günləri” keçirilir.

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycandan QHT, media və mədəniyyət nümayəndələrindən ibarət böyük heyət iştirak edir.

Belarus Respublilasında səfərdə olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Lobbi.az bildirib:

“Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə 20 nəfərlik heyət iştiak edir. 3 gün ərzində reallaşması nəzərdə tutulan mədəni tədbirin proqramı olduqca dolu və sistemli tərtib olunub. Bu layihə ölkəmizin dünyada təbliği baxımından çox əhəmiyyətlidir. Artıq ilk gündə, Nesvij şəhərində möhtəşəm ekskursiya və tədbir təşkil edildi. Belarus tərəfdən iştirak edən rəsmilər, gənclər təşkilatlarının nümayəndələri ilə ciddi əlaqələr yaratdıq. Bu əlaqələr həm də bizim gələcək fəaliyyətimizi stimullaşdırır. Bu mənada bu layihəni həyata keçirən bütün təşkilat komitəsə təşəkkür edirəm”.

Məlumat üçün qeyd edək ki, “Belarusda Azərbaycan gəncləri günləri” çərçivəsində Nesvij, Brest və Minsk şəhərində 3 gün ərzində müxtəlif tədbirlər həyata keçiriləcəkdir. Ümumilikdə, bu layihə hər il qarışılıqlı formada reallaşır.

www.yenicag.az

1454
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM