!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Asiya İnfrastruktur İnvestisiya Bankı üzvlərinin sayını 70-ə çatdıracaq

!Reklam – Yazi

Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) üzv olmaq üçün 13 ölkə müraciət edib.

Bankın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, həmin dövlətlərdən 5-i regional, 8-i isə qeyri-regional ölkələrdi.

Məlumata görə, regional ölkələr arasında Əfqanıstan, Ermənistan, Fici, Honk-Kong (Çin) və Timorun adı yer alıb. Namizədliyi qeydə alınan qeyri-regional ölkələr isə Belçika, Kanada, Efiopiya, Macarıstan, İrlandiya, Peru, Sudan Respublikası və Venesueladır.

AIIB-in preizdenti Cin Liqun (Jin Liqun) deyib ki, bununla da bankın üzvlərinin sayı 70-ə çatacaq: “Biz çox sevinirik ki, bütün qitələrdən banka üzvlər qəbul edilib”.

Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləyə maliyyə naziri Samir Şərifov imza atıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Azərbaycanın bankdakı iştirak payı 254,1 mln. ABŞ dolları yaxud 0,2763% səviyyəsindədir. Hazırda Azərbaycanın səsvermə hüququ 5 635 səs yaxud 0,5215% həddindədir.

Yeniçağ.Az

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv