AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisinin Azərbaycana səfəri başlayıb

media-hightechnic-468x90

bafa34d67239c447d1fd500622a0d586Avropa Şurası Parlament Assmableyasının Siyasi Əlaqələr Komitəsinin Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri başlayıb.

İki günlük səfər Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədi daşıyır.

Səfər zamanı R. Valter Azərbaycan prezidenti İlham Əliyev, parlamentin sədri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov və müdafiə naziri Zakir Həsənovla görüşəcək. Onun Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, eləcə də qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ məsələsi ilə məşğul olan vətəndaş cəmiyyəti üzvləri ilə görüşləri də planlaşdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600