AŞPA yeni məruzəçi təyin etdi

media-hightechnic-468x90

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edilib.

Yenicag.az xəbər verir ki, bunu komitənin iclasında iştirak edən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

İslandiyalı Thorhildur Sunna Evarsdottir hesabatı hazırlamaq üçün məruzəçi təyin olunub. T. S. Evarsdottir İslandiyanın Pirat Partiyasını təmsil edir, hüquqşünas, insan haqları müdafiəçisi və jurnalistdir.

Qeyd edək ki, hesabatın hazırlanması təşəbbüsü hollandiyalı Piter Omtzigt tərəfindən irəli sürülüb və məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib./APA/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa