“Şuşi yox Şuşa” - AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad

media-hightechnic-468x90

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünü tarixə hörmətlə yanaşmağa və Şuşa şəhərinin adını düzgün tələffüs etməyə çağırıb.

Yenicag.az xəbər verir ki, K.Cəfərov bldirib: “Azərbaycan şəhərinin adı Şuşi yox Şuşadır. Tarixə hörmətlə yanaşmaq lazımdır”.

Azərbaycanlı deputat erməni həmkarını müzakirələrə yerli-yersiz siyasi don geydirməməyi tövsiyə edib:

“Dağlıq Qarabağda əməliyyatlar başa çatıb və bu gün artıq qarşılıqlı inam yaratmağın vaxtı çatıb. Siz isə bunun əvəzinə AŞPA-dakı müzakirələrdən istifadə edərək hər bir məsələni siyasiləşdirməklə məşğulsunuz”, – deputat bildirib./Report/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600