Astarada Modul Tipli Elektrik Stansiyası yağış suları ilə doldu

media-hightechnic-468x90

Mayın 14-dən başlayaraq Astara rayonunda yağan intensiv yağışlar nəticəsində Astara Modul Tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsi yağış suları ilə dolub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikaları suçəkmə işlərinə cəlb olunub.

Hazırda suçəkmə və digər təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Əlavə məlumat veriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600