!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Astarada qardaş qardaşa atəş açdı

!Reklam – Yazi

Münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşına xəsarət yetirmiş Astara rayon sakini H.Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, iyunun 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.

C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb, ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

www.yenicag.az

722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv