!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komada yaşayan qaziyə üz çevirən başçıya ETİRAZ: "Məmur olmadan öncə adam olmaq lazımdır" - FOTOLAR

!Reklam – Yazi

“Ciddi əlilliyin olmaması heç bir qaziyə normal insani, dövlət münasibətini əngəlləyə bilməz”.

Yenicag.az xəbər verir ki, bu sözləri Vətən müharibəsi qazisi Məlik Məlikovun şəraitsiz evi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirən politoloq Natiq Miri deyib.

O, qeyd edib ki, qazimizin yaşadığı həmin məkan hər bir azərbaycanlının qəlbini sızladır:

“Sosial ədələtin pozulmasında bilavasitə iştirakçı olmuş Astara başçısının müavini qazinin döyüşlərdə ciddi yaralanmadığını iddia edir, ev qeydiyyatına alınması üçün qanuni əlillik dərəcəsinin vacibliyini önə sürməklə insanların sinəsinə dağ çəkir. Buna cavab olaraq bir ritorik sual da bizdən: Məgər siz rüşvət alanda qanun çərçivəsində alırsınız ki, qazinin də ev şəraitinin yaxşılaşdırılmasını mütləq əlilliyə bağlayırsınız?! 44 günlük Vətən müharibəsinə gedənlər ana vətəni azad etmək, şəhid olmaq üçün getmişdilər. Kimsənin şəhid, yaxud yaralanıb əlil olmaması onun günahı deyil, nəsibidir. Ciddi əlilliyin olmaması heç bir qaziyə normal insani, dövlət münasibətini əngəlləyə bilməz. Bu qazimizin yaşadığı komanın olduğu ərazidə bir neçə otaqlı ev inşa etmək o qədərmi çətindir? Bunun sizin aldığınız qanunsuz rüşvətlər kimi min bir yolu var. Ona görə də məmur olmadan öncə adam olmaq lazımdır. İdarəetmədə meyarlar bunun üzərində qurularsa, qəlbləri sızladacaq bu cür acı mənzərələr də olmaz”.

Qeyd edək ki, Vətən müharibəsi qazisi Məlik Məlikov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Hazırda səhhəti işləməyinə icazə vermir.

Gülşən Şərif

COP29

www.yenicag.az

744
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv