!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ata və iki övladın xəsarət aldığı qəzada ana öldü - Hacıqabulda dəhşətli qəza

!Reklam – Yazi

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az  xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 123-cü kilometrliyində, Şirvan-Hacıqabul körpüsündən Qazax istiqamətinə gedən hissədə baş verib.

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlunun sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kiçik təzyiqli qaz xəttinə çırpılıb. Hadisə zamanı sürücü və onun 1978-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Ruhiyyə İlyas qızı, övladları – 2007-ci il təvəllüdlü Xəyal Allahverdiyev və 2007-ci il təvəllüdlü Elvira Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən R.Allahverdiyeva həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır./Report/

www.yenicag.az

721
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv