Ata və oğlu ölümcül döyüldü – Bakıda

media-hightechnic-468x90

dava_doy5Sabunçu rayonunda ata və oğul yaşadıqları mənzildə küt alətlə döyülüb.

“Report”un xəbərinə görə, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 1 ünvanında 1959-cu il təvəllüdlü Rəhimov Əli Hüseyn oğlu və 31 yaşlı oğlu Orxan Rəhimov naməlum şəxslər tərəfindən küt alətlə döyülüb. Münaqişənin qarşısını qonşular ala bilib. Ağır yaralanan ata və oğlu xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxslər saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsində (PB) araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa