!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ata xəstə qızını küçəyə atdı - Azərbaycanda tükürpərdici hadisə VİDEO

!Reklam – Yazi

Şəkidə ata xəstə qızını küçəyə atıb.

Yenicag.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, 2 yaşlı Yağmur anadangəlmə serebral iflic xəstəsidir. Atası isə onu bu halda qəbul etmək istəmir.

Yağmurun anası Nisə Məhərrəmova deyir ki, balaca Yağmurun dünyaya gəlməsi onlar üçün ən böyük sevinc olub. Bir müddət sonra onun serebral iflic xəstəsi olduğunu biliblər. Övladının xəstə olduğunu bilən ata isə qızından imtina edib.

N. Məhərrəmova deyir ki, ilk vaxtlar əri onu övladını kimsəsiz uşaqlar evinə yerləşdirməyi təkid edirmiş. Ana isə buna razılıq verməyib və əlindən gəldiyi qədər uşağı müalicə etdirməyə çalışıb. Övladına görə ərindən ayrılan qadını isə indi öz doğma ata və anası da qəbul etmir. Müvəqqəti olaraq Bakıda sığınacaqda məskunlaşan körpə ilə ananın indi yaşamağa yerləri yoxdur.

Yağmurun vəziyyəti isə gündən-günə daha da pisləşir.

www.yenicag.az

2338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv