Atanı körpə qızını döydüyünə peşman etdilər – Xalqdan üzr istədi - VİDEO

media-hightechnic-468x90

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda atanın körpə qızını döyərək yeriməyi öyrətdiyini əks etdirən görüntülər sərt reaksiya doğurub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin görüntülər bir sıra məşhurlar tərəfindən sosoial şəbəkələrdə paylaşılıb və bir neçə milyon izləyici toplayıb.

Səudiyyə Ərəbistanı Əmək və Əhalinin Sosial İnkişafı Nazirliyinin yaydığı açıqlamada övladına qarşı zorakılıq edən atanın müəyyən edildiyi və haqqında təhqiqata başlanıldığı bildirilib.

Bundan sonra xüsusi videomüraciət hazırlayam ata xalqdan üzr istəyib:

“Bu, köhnə görüntülərdir. O vaxt həyat yoldaşım bizi tərk etmişdi və psixoloji gərginlik keçirirdim. Qızıma gəzməyi öyrətməyə çalışırdım. Gördüyünüz kimi, qızım yaxşıdır. Digər uşaqlarıma da yaxşı baxıram”.

Firuzə Alimova

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa