ATƏT atəşkəsi dayandırmağa çağırıb

media-hightechnic-468x90

publika.az1423728993atet_bayraq_288477485ATƏT-in parlament assambleyası Ukraynanın cənub-şərqindəki münaqişə tərəflərini Minsk razılaşmalarına sadiq qalmağa və döyüş əməliyyatlarını dayandırmağa çağırıb.

Yenicag.az apa-ya istinadən bildirir ki, ATƏT parlament assambleyasının sədri İllka Suominen Debaltsevo şəhərində atəşkəsin pozulmasından narahatlığını bildirib.

“Mən təmas xəttinin əksər hissələrində atəşkəsin əldə olunduğunu alqışlayıram. Lakin separatçıların atəşkəsin Debaltsevo şəhərinə aid olmaması barədə bəyanatları qəbuledilməzdir. Mən tərəfləri Minskdə əldə olunmuş razılaşmalara riayət etməyə çağırıram”, deyə İ.Suominen bildirib.

Xatırladaq ki, bundan əvvəl tərəflər bir birilərini fevralın 15-nə razılaşdırılmış atəşkəsin pozulmasında ittiham ediblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa