ATƏT-in baş katibi Azərbaycana gəlir

media-hightechnic-468x90

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycana səfər edəcək.

Yenicag.az-ın məlumatına görə, T.Qreminger Bakıya sentyabrın 12-də gələcək. Səfər zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, ATƏT-in baş katibi Tomas Qreminger bu gün İrəvana gedəcək. Səfər çərçivəsində Ermənistanın Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Zoqrab Mnatsakanyan, parlamentin spikeri Ara Babloyanla görüşü nəzərdə tutulub.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa