Referendum prosesini müşahidə etmək üçün Türkiyəyə gəlmiş ATƏT müşahidəçiləri terrorçu PKK-ya rəğbətlərini gizlətmirlər.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, aprelin 16-da baş tutmuş səsvermədən “Əvət” nəticəsinin çıxması Qərb təmsilçilərini başqa istiqamətdə hərəkətə sövq edib.
Referendum kampaniyasının davam etdiyi 2 ay ərzində “Xeyr” cəbhəsində qərarlaşan ATƏT müşahidəçiləri Türkiyədəki terror təşkilatlarını açıq surətdə dəstəkləməkdən belə çəkinməyiblər.
ATƏT müşahidəçisi Ana Miranda özünün “Twitter” hesabında PKK-nın siyasi qanadı olan HDP-nın mitinqində iştirakını əks etdirən fotoşəkillər paylaşıb.
Qeyd edək ki, ATƏT-in başqa bir müşahidəçisi Andrej Hunkonun da PKK rəmzləri ilə çəkdirdiyi fotoşəkillərini yayıb.
Yeniçağ.Az
www.yenicag.az