!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATU-da nöqsanlar aşkarlandı - Hesablama Palatası

!Reklam – Yazi

Hesablama Palatası Azərbaycan Tibb Universitetinin fəaliyyətində nöqsanlar aşkarlayıb.

Yenicag.az-ın Palataya istinadən verdiyi xəbərə görə, Hesablama Palatasının kollegiyası Azərbaycan Tibb Universiteti üzrə 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Məlum olub ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 2015-ci və 2016-cı ilin sonuna istifadə edilməyən vəsaitin, eləcə də müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ödənilmiş təhsil haqqının dövlət büdcəsinə qaytarılması, müxtəlif illərdə Universiteti və hazırlıq fakultəsini bitirərək təhsil haqqında sənədini almış əcnəbi dinləyici, aspirant və klinik ordinatorlardan təhsil haqqının, akademik borca görə təkrar dinlənmə təşkil edilmiş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin 2016/2017-ci tədris ilinin payız və yaz semestrlərinin nəticələri üzrə müvafiq olaraq 4,1%-nin və 4,3%-nin akademik borcu yaranıb, akademik məzuniyyətə getmiş tələbələrə düzgün olmayaraq təhsil haqqı hesablanıb.

Hesabatda deyilir ik, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə uyğun olmayaraq rezidenturada təhsil alanlara əmək haqqı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında”, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə uyğun olmayaraq hərbi tibb fakultəsinin hərbçi müəllimlərinə əmək haqqına əlavələr, təqaüd dövlət büdcəsinin vəsaiti hesabına deyil, Universitetin təsərrüfat hesablı gəlirləri hesabına ödənilib.

Universitetin funksional fəaliyyəti üçün zəruri olmayan ştatlar saxlanıb, bir sıra hallarda professor-müəllim heyəti üçün normadan aşağı dərs yükü və auditoriya saatları müəyyən edilib, orta aylıq əmək haqqının düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq məzuniyyət haqqı ödənilib.

Hesablama Palatasının kollegiyası Azərbaycan Tibb Universiteti tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının Səhiyyə Nazirliyinə və Azərbaycan Tibb Universitetinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.

COP29

www.yenicag.az

4577
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv