Avqustun 7-də musiqi məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək

media-hightechnic-468x90

Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahan avqustun 7-də təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet saytında iyulun 28-i saat 17:00-dək həyata keçirilir.

Namizədlər bu link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600