Avqustun 9-da ölkədə müşahidə edilən FAKTİKİ HAVA

media-hightechnic-468x90

Avqustun 9-da Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

media-banner_tkm

Yenicag.az qurumun məlumatına istinadən bildirir ki, ölkənin əksər rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağışlar leysan xarakterli olub.

Yağıntının miqdarı Balakəndə 11 mm, Oğuz, Culfa və Şamaxıda isə 2 mm-dək qeydə alınıb. Bundan başqa, şimal-qərb küləyi arabir, sarı xəbərdarlığa uyğun olaraq, Culfada 19 m/s, paytaxt Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Qrız, Şabran və Şahdağ ərazilərində duman müşahidə edilib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°C, Naxçıvan MR və aran rayonlarında 36°C, dağlıq rayonlarda isə 25°C-yə qədər isti olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05