!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avro-5 istehsal olunacaq: Qiymət enəcək?

!Reklam – Yazi

Hər şey Avro-5 benzininin istehsalı və satışı ilə bağlı prosesin hansı formada təşkil ediləcəyindən asılı olacaq.

Bu sözləri Yenicag.az-a Avro-5 benzininin ölkəmizdə istehsalının daxildəki yanacaq qiymətlərinin ucuzlaşmasına səbəb olub-olmayacağı haqqında danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Ekspert benzinin ucuzlaşması üçün lazım olan şərtlərdən danışıb:

“Əgər Avro-5 yanacağının satışı üçün bazarda rəqabətli mühit və digər bazar iştirakçılarının da bu məhsulu idxalına imkan yaradılsa, qiymətlərdə ucuzlaşma ola bilər. Fikrimcə, qiymət ucuzlaşması olmayacaq. Çünki məhsulu istehsal edən də, idxalçı da SOCAR-dır”.

Xatırladaq ki, verilən rəsmi açıqlamaya görə, Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu aydan etibarən Avro-5 ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır./axar.az

COP29

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv