Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avropa ABŞ-dan uzaqlaşıb, Rusiyaya yaxınlaşır? – Ekspert rəyi

Reklam: High Technic

“Avropa Birliyi (AB) hətta narazılıqların yaranması fonunda belə, ABŞ-la strateji müttəfiqliyini asanlıqla poza bilməyəcək. Həmçinin Rusiya AB üçün ABŞ-ı əvəz etməyə qadir alternativ güc mərkəzi və cəlbedici ölkə deyil. Bu baxımdan düşünürəm ki, AB-nin Rusiya ilə yaxınlaşacağını düşünmək doğru deyil”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib:

“İran məsələsi o qədər həssasdır ki, Avropa Birliyi (AB) ABŞ-a qarşı çıxmaq məcburiyyətilə üzləşib. Çünki İranla nüvə müqaviləsinə imza atan dövlətlər bir növ qlobal nüvə təhlükəsindən dünyanı qorumaq üçün bu cür anlaşmaya gediblər. ABŞ-ın birtərəfli qaydada nüvə müqaviləsindən çıxması isə dünyanı yenidən nüvə təhlükəsinə doğru sürükləyir ki, bunun da məsuliyyətini AB-də gözəl anlayır. Birliyin İranda ciddi mənada iqtisadi və ticari maraqları var. Avropanın ən iri ticari və maliyyə şirkətləri hazırda İranda fəaliyyət göstərərək bura böyük sərmayə qoyur. Bunun da müqabilində böyük pullar qazanırlar. Ancaq ABŞ nüvə müqaviləsindən çıxmaq və İrana yenidən sanksiya tətbiq etməklə, bu ölkə ilə əməkdaşlığı davam etdirən şirkətlərə də anoloji sanksiyanın tətbiq olunacağına qərar verib. Bu da təbii ki, AB-nin marağına uyğun davranış deyil. Bir məsələni də nəzərə alın ki, İran yenidən nüvə araşdırmalarına başlayacağı ilə bağlı konkret xəbərdarlıq edib. Rəsmi Tehran nüvə müqaviləsinə ölkəyə tətbiq olunan bütün sanksiyaların ləğvi şərtilə imza atmışdı. İndi yenidən sanksiyalar tətbiq olunursa, onda nüvənin zənginləşdirilməsi prosesinin dayandırılmasının onun üçün heç bir anlamı qalmır. İran yenidən həmin prosesə başladıqda isə qısa müddətə nüvə silahı əldə edə bilər. AB ölkələri də bundan əndişələnirlər. Ona görə də AB həmin məsələdə ABŞ-la üz-üzə gəlir. ABŞ-ın həmçinin aliminium və polad məhsullarına əlavə rüsum təyin etməsi məsələsi də AB ilə onun arasında bəzi ziddiyyətlər yaradıb”.

Ancaq bütün bunlara rəğmən ekspert AB ölkələrinin ABŞ-la müttəfiqlikdən imtina edərək, üzlərini Moskvaya çevirəcəklərini tamamilə istisna edir: “Bir məsələni nəzərə alaq ki, hələ də ABŞ Avropa üçün bütün sahələr üzrə strateji müttəfiq sayılır. AB ölkələrinin üzv olduğu hərbi blok olan NATO-nun ipi də ABŞ-ın əlindədir. Bu da o anlama gəlir ki, AB-nin hərbi təhlükəsizliyi ciddi mənada ABŞ-dan asılı olaraq qalmaqdadır. ABŞ ordusu və silahları Avropanın müxtəlif bölgələrində yerləşməklə bölgənin təhlükəsizliyini təmin edir. Rumıniya, Polşa və Baltik ölkələrində yeni hərbi bazalar yaradır. Belə bir vəziyyət olduğu halda, AB hətta narazılıqların yaranması fonunda belə, ABŞ-la strateji müttəfiqliyini asanlıqla poza bilməz. Həmçinin Rusiya da AB üçün ABŞ-ı əvəz etməyə qadir alternativ güc mərkəzi və cəlbedici ölkə deyil.Bu baxımdan düşünürəm ki, yaxın zaman çərçivəsində Avropanın Kreml ilə yaxınlaşacağını düşünmək doğru deyil”.

Qeyd edək ki, son zamanlar Avropanın aparıcı ölkələrilə ABŞ arasında ziddiyyətlər daha da kəskinləşir. ABŞ-ın nüvə müqaviləsindən çıxmağına, Avropa ölkələri kəskin etirazını bildirib. Həmçinin Vaşinqton aliminium və polad məhsullarına əlavə rüsum tətbiq edib ki, bu da “köhnə dünya” ölkələrini qətiyyən qane etmir. Yaranmış bu vəziyyətdə Almaniya, Böyük Britaniya və Fransa ABŞ əleyhinə ortaq bəyanat yayıblar. Belə ki, ABŞ prezidentinə ünvanladıqları məktubda Berlin, London və Paris Trampdan Avropanın təhlükəsizliyini təhdid edən davranışlardan çəkinməsini istəyiblər. Belə bir vəziyyətdə digər tərəfdən, Avropanın ABŞ-dan uzaqlaşmasına nail olmaq üçün Moskva da canfəşanlıq edir.

ELÇİN

www.yenicag.az

2710
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100