Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Avropa Çempionatı: Daha iki güləşçimiz medal qazanıb - FOTOLAR

Reklam: High Technic

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Yenicag.az-a verilən məlumata görə, güləşçimiz Ülvü Qənizadə (72 kq) Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbə ilə start verib. Lakin 1/4 finalda üçqat dünya çempionu, alman Frank Ştebleri məğlub etmək mümkün olmayıb. Titullu rəqib finaladək irəlilədiyindən güləşçimiz üçüncü yarış günündə – fevralın 12-də təsəlliverici görüşə çıxıb. Ü.Qənizadə cəmi 2 dəqiqə ərzində Moldovadan olan həmkarına qalib gəlib və bürünc medal uğrunda mübarizə aparmaq şansı əldə edib. Həlledici qarşılaşmada ikiqat Avropa çempionu və dünya üçüncüsü Adam Kurakla (Rusiya) qarşılaşan gənc güləşçimiz əzmkar qələbə qazanaraq millimizin hesabına dördüncü bürünc medalı yazıb.

Çempionatda 60 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Murad Bazarov da bürünc medal qazanıb.

Təmsilçimiz debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün M.Bazarov fevralın 12-də təsəlliverici görüşdə iştirak edib və bolqarıstanlı güləşçiyə vaxtından əvvəl qalib gəlib. Finlandiya təmsilçisinə də eyni aqibəti yaşadan yeniyetmələrin Olimpiya çempionu Avropa çempionatının bürünc medalına sahib olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

Loading...

www.yenicag.az

7670
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100