!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa ilə Asiyanı birləşdirən NƏQLİYYAT DƏHLİZİ: Daşkənd Forumunda hansı təkliflər irəli sürüldü? - FOTOLAR

!Reklam – Yazi

Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Nəqliyyat bağlılığı iqtisadi inkişafın və beynəlxalq ticarətin hərəkətverici amilidir” mövzusunda panel sessiyası keçirilib.

Paneldə aparılan müzakirələrin gedişində spikerlər Orta Asiya üçün aktual olan məsələni qabardıblar: Region dövlətləri nəqliyyat xərclərini azaltmaq üçün nə etməlidirlər?

Bundan başqa, Orta Asiya dövlətlərinin Avropa ölkələri ilə ticarət dövriyyəsinin artırılması və region ölkələrinin qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə yönəlik siyasəti sayəsində bir araya gələn özəl investorlar üçün imkanların genişləndirilməsi məsələləri müzakirə olunub.

 

Müzakirəyə qatılan Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov bildirib ki, təmsil etdiyi ölkə Avropa ilə Asiya arasında körpüyə çevrilə bilər və bunun üçün bütün zəruri imkanlar mövcuddur:

“Biz, həmçinin “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərində də aktiv şəkildə iştirak edə bilərik. Eyni zamanda Özbəkistan Respublikasının ərazisindən hərəkət etmələri üçün ekspeditorlara və yükdaşıyıcılara da müvafiq təkliflərimiz var. Ölkə rəhbəri tərəfindən bizim qarşımıza qoyulan iqtisadi inkişafın və investisiya mühitinin hərəkətvericisinə çevrilmək vəzifəsi yerinə yetirilir. Ancaq burada özəl və investisiya kapitalı da mühüm rol oynayır”.

Paneldə qeyd olunub ki, statistikaya əsasən, Asiya və Avropa arasında qitələrarası ticarətdə yük daşımalarının 90 faizi dəniz nəqliyyatı ilə həyata keçirilir. Bu səbəbdən, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr öz gəlirlərinin 18 faizini nəqliyyat xidmətlərinə sərf edirlər.

Müzakirələrdə çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin sözlərinə görə, region Avropa ilə Asiyanın arasında yerləşir və nəqliyyat bağlılığı yalnız iştirakçı ölkələr deyil, həm də müşahidəçi dövlətlər arasında regional inteqrasiya baxımından vacib rol oynayır:

“Türk Dövlətləri Birliyi nəqliyyat dəhlizlərinin aktiv inkişafında və region dövlətləri arasında yük daşımalarının intensivləşməsində maraqlıdır. Biz Şərq ilə Qərb arasında dəhlizin inkişaf etdirilməsinə xüsusi diqqət yetiririk. Bu, bizi dayanıqlı nəqliyyat şəbəkələri ilə təmin edəcək və o da öz növbəsində ölkələrimizin sənayesinin inkişafına, eləcə də rəqabət qabiliyyətinin, cəlbediciliyinin artmasına yol açacaq”.

Müzakirələrdə öz fikirlərini bildirən ekspertlər Şərq ilə Qərbi birləşdirən dəhlizin inkişaf etdirilməsinin zəruriliyi məsələsində həmfikir oldular. Qeyd edilib ki, nəzərdə tutulan dəhliz əvvəllər alternativ yol funksiyasını yerinə yetirsə də, dünyanın mövcud şərtləri fonunda onun əhəmiyyəti xeyli artıb.

Rüstəm Qasımov

COP29

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv