Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edəcək

media-hightechnic-468x90

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin edilməsi ilə bağlı proses başlayıb.

Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, ev sahibi olan ölkə (Azərbaycan) tərəfinin rəsmi təsdiqindən sonra Aİ-nın Azərbaycana yeni nümayəndəsinin təyinatı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Peter Mixalkonun səlahiyyət müddəti başa çatıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa