Avropa İttifaqı İsraillə münasibətləri dayandıra bilər

media-hightechnic-468x90

Avropa İttifaqı (Aİ) Qəzza zolağındakı böhran səbəbindən İsraillə münasibətləri dayandırmaq imkanını nəzərdən keçirir.

Yenicag.az bu barədə “Politico” nəşrinə istinadla xəbər verir.

Bildirilir ki, Aİ və İsrail arasında assosiasiya sazişinin bəzi hissələrinin dayandırılması gündəmə gələ bilər. Buna səbəb olaraq İsrailin Qəzzada insan hüquqları sahəsindəki öhdəliklərini pozması ilə bağlı məlumatlar göstərilir.

Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) tərəfindən hazırlanmış və mediaya sızmış sənəddə Aİ-nin mümkün addımlarına dair bir sıra variantlar təqdim olunur. Bu variantlara Aİ ilə İsrail arasında assosiasiya sazişinin tamamilə dayandırılması da daxildir. Qeyd edək ki, həmin saziş Aİ ilə İsrail arasında ticarət və digər sahələrdə sıx əməkdaşlıq barədədir.

Alternativ təkliflər arasında isə sazişin yalnız müəyyən hissələrinin, xüsusilə də Brüssellə İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti arasında aparılan siyasi dialoqun dayandırılması var. Bu addım üçün Aİ-yə üzv 27 ölkənin yekdil dəstəyi tələb olunur.

Lakin sənəddə bildirilir ki, sazişin ticarət hissəsinin dayandırılması, yəni İsrail məhsullarına verilən ticarət imtiyazlarının ləğvi Aİ Şurasında səs çoxluğu ilə qəbul oluna bilər və bu ehtimal daha real görünür.

Bundan başqa, sənəddə qeyd olunur ki, Aİ-yə üzv bəzi ölkələr bu siyasəti milli səviyyədə həyata keçirə bilər.

Digər alternativlər sırasında İsrailin Aİ-nin tələbə və alimlər üçün nəzərdə tutulmuş proqramlarında iştirakının qadağan edilməsi, eləcə də texniki əməkdaşlıq və qarşılıqlı anlaşma memorandumlarının məhdudlaşdırılması təklif edilir.

Vurğulanır ki, bu, EEAS yoxlaması nəticəsində Təl-Əvivin “Aİ-İsrail Assosiasiya Sazişinin 2-ci maddəsinə uyğun olaraq insan hüquqları sahəsində öhdəlikləri”ni pozduğuna dair əlamətlərin olduğu müəyyən edildikdən sonra baş verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600