Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi təlimçilər göndərəcək.
Yenicag.az İspaniyanın “El Pais” nəşrinə istinadən xəbər verir ki, təşkilat Ukraynaya dəstək siyasətində ciddi sıçrayış etməyi planlaşdırır.
Məlumata görə, Aİ, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə kömək etmək və qabaqcıl silahların alınması üçün maliyyəni artırmaq istəyir: “Həmçinin, raket və döyüş təyyarələrinin Ukraynaya tədarükü də planlaşdırılır”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb./report/
www.yenicag.az