Avropa İttifaqından YENİ SANKSİYALAR: Rusiyanın “almaz nəhəngi” siyahıda niyə yoxdur?

media-hightechnic-468x90

Rusiyanın almaz hasilat ilə məşğul olan “Alrosa” şirkəti Avropa İttifaqının (Aİ) sanksiyalar siyahısına salınmayıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Aİ-nin Rusiya əleyhinə bu gün razılaşdırdığı yeni sanksiyalar zərfinə ölkənin “almaz nəhəngi” kimi tanınan “Alrosa” şirkəti daxil edilməyib.

Qeyd olunur ki, “Alrosa” Rusiyanın yeni atom sualtı qayığını maliyyələşdirməklə yanaşı, hər il Kremlin hərbi büdcəsinə milyardlarla avro köçürür.

Hətta Rusiya Prezidenti Vladimir Putin dövlətə məxsus olan “Alrosa”nın ona “ciddi gəlir qazandırması” ilə öyünür.

Bununla belə, Avropa Komissiyası Rusiyanın 29 fiziki və 7 hüquqi şəxsinin daxil edildiyi sanksiyalar siyahısından “Alrosa”nın çıxarılmasına qərar verib.

Lakin bu addımın səbəbi hələ açıqlanmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600