Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Avropa İttifaqının xüsusi nümayəndəsi Bakıya gəlib

Reklam: Sinerji Pro

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana gəlib.

Yenicag.az xəbər verir ki, iki günlük səfər çərçivəsində Klaar Azərbaycanda rəsmilərlə görüşlər keçirəcək.

Aİ rəsmisinin danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional təhlükəsizlik və əməkdaşlıq mövzularını müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, bu, T.Klaarın Bakıya ikinci səfəridir. O, ilk səfərini ötən ilin dekabr ayında etmişdi.

T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub. Buna qədər Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi almaniyalı deputat Herbert Salber idi.

www.yenicag.az

3041
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM