!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa küçələri qan gölünə çevriləcək – Kəşfiyyat rəhbərindən XƏBƏRDARLIQ

!Reklam – Yazi

 

Britaniya kəşfiyyatının MI5 rəhbəri Ken Makkallum İran və Rusiyanın Avropa küçələrində xaos yaratmaq istədiyini iddia edib.

Yenicag.az xarici medaiaya istinadən xəbər verir ki, Makkallum İngiltərədə dövlət tərəfindən dəstəklənən təhdidlərin sayının 48 faiz artdığını və “Avropa quru müharibəsi fonunda” dövlət tərəfindən dəstəklənən sui-qəsd və təxribat planları ilə üzləşdiklərini bildirib. Terrorla Mübarizə Əməliyyatları Mərkəzində illik təhdid hesabatlarını açıqlayan Britaniyanın kəşfiyyat xidmətinin MI5 rəhbəri Ken Makkallum keçən il İngiltərədə dövlət tərəfindən dəstəklənən təhdidlərin sayının 48 faiz artdığını və “Böyük Britaniyada Rusiya və İranın sui-qəsd, adam oğurluğu, yandırma və təxribat planlarında artım müşahidə olunduğunu” deyib.

“Rusiya hərbi kəşfiyyat agentliyi (GRU) “Britaniya və Avropanın küçələrində qarışıqlıq yaratmaq üçün daim iş başındadır”, – deyə o əlavə edib. Makkallum həmçinin xəbərdarlıq edib ki, Böyük Britaniya ən “mürəkkəb və bir-birinə bağlı” təhlükə ilə üz-üzədir. Rusiyanın təxribat planlarının əsas səbəbinin Rusiya səfirliyində çalışan diplomatların casusluq ittihamı ilə ölkədən qovulması olduğunu bildirən Makkallum Rusiyanı qlobal cinayət şəbəkələri ilə əməkdaşlıqda ittiham edib. Karyerasının ilk 20 ilinin terror təhdidləri ilə dolu olduğunu bildirən Makkallum hazırda “Avropa quru müharibəsi fonunda” dövlət tərəfindən dəstəklənən sui-qəsd və təxribat planları ilə üz-üzə qaldıqlarını bildirib.

“Bizim işimiz çox çətindir” deyən Makkallum İranın dəstəklədiyi terror təhdidləri ilə də məşğul olduqlarını vurğulayıb. 2022-ci ildən bəri İranın dəstəklədiyi 20 sui-qəsdin olduğunu bildirən Makkallum yalnız 2024-cü ildə İranın 5 sui-qəsd planını ortaya çıxardıqlarını bildirib. 2017-ci ildən bu yana İngiltərəyə qarşı 43 hücum planının son mərhələyə yaxınlaşdıqca qarşısının alındığını bildirən Makkallum İŞİD-in terror təhdidləri arasında olduğunu açıqlayıb. 2017-ci ildə “Mançester Arena”da 22 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumu da daxil olmaqla, silsilə terror hücumlarına görə məsuliyyət daşıyan İŞİD-in dirçəlməsi ilə də mübarizə apardıqlarını vurğulayan Makkallum Əbu Bəkr əl-Bağdadinin ölümündən sonra İŞİD-in gücünün azaldığını bildirib Makkallum İngiltərədə internet üzərindən ekstremist olmağa sövq edilən gənclərin sayından narahat olduğunu və araşdırılanların təxminən 13 faiz olduğunu söyləyib.

Terrora qarışanların 18 yaş altı olduğunu və bunun son üç ildə üç dəfə artdığını bildirib. Makkallum vurğulayıb ki, terrorçuların hədəfində olan hər səkkizdən biri 18 yaşdan aşağıdır və hər üç terror şübhəlisindən biri uşaqdır.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv