Avropa ölkələri bu vaksindən imtina etdi - Gənclərə mənfi təsir göstərir

media-hightechnic-468x90

COVID-19 əleyhinə ABŞ istehsalı olan “Moderna” vaksinlərinin müxtəlif əks təsirləri aşkar olunub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, qeyd olunan səbəbi əsas götürən Danimarka və İsveç hökumətləri “Moderna”dan imtina haqqında qərar qəbul edib.

Məlumata görə, Danimarkada artıq 18 yaşdan aşağı şəxslərə “Moderna” vaksininin vurulması dayandırılıb.

İsveçdə isə “Moderna”nın əks təsirləri nəzərə alınaraq, 30 yaşdan aşağı şəxslərə həmin peyvəndin vurulmasından imtina edilib.

Xatırladaq ki, bir müddət əvvəl yapon mütəxəssisləri “Moderna”nın tərkibində paslanmayan polad aşkar etmişdilər. Bu səbəbdən Yaponiya hökuməti 1,63 milyon doza “Moderna”nı istehsalçıya geri qaytarmışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa